...

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Cəmiyyət Materials 5 May 2024 20:07 (UTC +04:00)
Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Gənc bədii gimnastlardan ibarət Azərbaycan millisinin üzvü İlahə Bahadırova Bakıda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Trend xəbər verir ki, o, topla hərəkətlərdə çıxışda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Digər gimnastımız Gövhər İbrahimova isə halqalarla hərəkətlərdə yeddinci pilləni tutub.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir. Yarışa bu gün - mayın 5-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti