...

AİB Azərbaycanla dayanıqlı satınalmalar çərçivəsində tikinti sektorunda əməkdaşlıqda maraqlıdır - Baş direktor müavini (FOTO) (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 6 May 2024 11:44 (UTC +04:00)
AİB Azərbaycanla dayanıqlı satınalmalar çərçivəsində tikinti sektorunda əməkdaşlıqda maraqlıdır - Baş direktor müavini (FOTO) (MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla dayanıqlı satınalmalar çərçivəsində tikinti sektorunda əməkdaşlıqda maraqlıdır.

Bu barədə AİB-in Tbilisidə keçirilən illik toplantılarının kuluarında Trend-ə müsahibəsində bankın baş direktor müavini, satınalmalar, portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrə baş mütəxəssisi Ceff Teylor deyib.

"Dayanıqlı satınalmalar son dərəcə geniş bir mövzudur. Buraya idarəetmə, iqtisadi, sosial və əlbəttə ki, çox vacib olan ekoloji aspektlər daxil ola bilər. AİB layihə maliyyələşdirməsi siyasətinə uyğun gələn proqramların fəaliyyəti və dəstəklənməsi üçün imkanlar axtaracaq. Söhbət daha ekoloji binalardan, tikinti materiallarından və s. gedə bilər", - o deyib.

Teylorun sözlərinə görə, hər bir ölkə öz yanaşmasından istifadə edir və onların coğrafi mövqeyindən və iqtisadi şərtlərdən asılı olaraq müxtəlif prioritetlər müəyyən edir.

"Lakin fikrimcə, Azərbaycan dayanıqlı inkişaf məsələlərini milli tənzimləmə və qanunvericiliyə daxil etməklə ən mühüm addımı atıb. Bu isə həm AİB-in maliyyə portfeli, həm də hökumət islahatlarına dəstək çərçivəsində ekoloji və sosial layihələri necə dəstəkləyə biləcəyimiz nöqteyi nəzərindən gələcəyə irəliləmək üçün çox yaxşı əsas təmin edir", - AİB baş direktorunun müavini deyib.

O, daha sonra "yaşıl" sementin tərkibində ənənəvi sementlə müqayisədə aşağı tərkibdə karbon olduğunu qeyd edib.

"Bunu Hindistanda AİB-in maliyyə layihəsinin bir hissəsi kimi sınaqdan keçiririk. Bu, bazarın həmin tələbə cavab verib-verməyəcyindən asılıdır. Hindistan bazarında dərin araşdırma apardıq və belə bir nəticəyə gəldik ki, istehsalçılar cavab reaksiyası verə bildilər. Bunu dəstəkləyə biləcəyimiz sahə və metodlardan biri qiymətləndirmə prosesində daha ekoloji və ya ekoloji cəhətdən təmiz materiallar təklif edən podratçıya üstünlük verməkdir.

Biz "yaşıl" sement nümunəsindən istifadə edirik və düşünürəm ki, tezliklə bununla bağlı müəyyən qlobal standartlar müəyyən edilə bilər", - deyə Teylor bildirib.

O, satınalmalarda karbon qazı tullantılarını azaltmaq üçün bir çox imkanların olduğunu əlavə edib.

"Digər nümunə, misal üçün, enerjiyə qənaət edən nasoslar və ya LED küçə işıqlandırması ola bilər və fikrimcə, bu cür nümunələr milli səviyyədə müəyyən edilmiş töhfələr olaraq nəzərdən keçirilə bilər. Azərbaycan proqramı üzərində dayanacağıq. Hər şey Azərbaycanla razılaşdırılmalıdır, AİB tərəfindən zorla yeridilməməlidir. Çünki dayanıqlı inkişaf çox geniş mövzudur və burada milli məsuliyyət olmalıdır. Lakin bizi xüsusilə maraqlandıran sektor tikintidir. Tikinti prosesində yaranan karbonun təsirini və tulllantılarını necə azalda bilərik? Bütün müştərilərimizlə işləməkdə xüsusən maraqlı olduğumuz daha bir sahə bunun tənzimləmə standartlara daxil edilməsi və sairədir", - o deyib.

Ceff Teylor Azərbaycanın AİB-in dəstəkləyə biləcəyi normativ-hüuqiq bazanın təmin olunması üzrə ən mühüm addımı artıq atdığını qeyd edib.

"Lakin satınalmalar prosesi nöqteyi-nəzərindən tikinti materialları daha böyük maraq kəsb edir. Tikinti, asfalt, sement, polad, alüminiumla bağlı ağır sənayeyə nəzər salsaq, onun payına qlobal tullantıların 30-40 faizi düşür. Bu ağır sənaye sahələrində hər hansı, hətta kiçik azalma belə çox mühüm təsirə malikdir.

41 borcalan ölkənin hamısı üzrə diaqnostika apardıq. Normativ bazanı öyrəndik və misal üçün, Azərbaycanda satınalma sistemində islahatları aşkarladıq. Biz müştərimiz olan hər bir ölkə ilə həqiqətən dəqiq mənzərə olaraq təsvir etdiyimizi razılaşdırma prosesindəyik. İndiyədək 41 ölkədən 10-u razılıq verib. Hazırda Azərbaycanla bunu müzakirə edə bilmirik, çünki diaqnostikamızın Azərbaycandakı cari vəziyyəti dəqiq əks etdirdiyindən əmin olmaq istəyirik ki, belə ki, Manilada yerləşirik. Diaqnozun düzgün nəticə verdiyindən əmin olmalıyıq. Beləliklə, hazırda onları razılaşdırna prosesindəyik. Bu ilin sonunda nəticələri dərc edə biləcəyimizə ümid edirik. Bu, bizə hər bir müştəri ölkə ilə işləmək üçün prioritetlərin siyahısı verəcək. Maksimum səmərəliliyi təmin etmək üçün dayanıqlı satınalmalar sahəsində milli prioritetlərə uyğunluğumuz çox vacibdir", - deyə o bildirib.

Teylor AİB-in çox elementin icrasını tələb etməyəcəyini, bunun işə yaramayacağını qeyd edib.

"Bunu kənardan zorla qəbul etdirmək olmaz. Lakin bu artıq dediyim kimi, "yaşıl" sement, eləcə də sosial inteqrasiya ola bilər. Bunlar qadınların təchizat zəncirində iştirakını təşviq etmək üçün qiymətləndirmə və saziş imzalama mexanizmləri daxil ola bilər. Bütün bunları Azərbaycanın prioritetləri müəyyənləşdirəcək. Lakin biz dayanıqlı inkişafla əlaqəli hər şeyə çox açığıq və dəstəkləyirik. Bu, riayət etməli olduğunuz hər hansı bir proses deyil. Biz həmçinin, bilik məhsullarının hazırlanması ilə, eləcə də satınalmaların dayanıqlılığını necə qiymətləndirmək, nümunələr və mövzu ilə bağlı təqdimatlar təmin etməklə məşğul oluruq. Söhbət maliyyələşdirilib-maliyyələşdirilməyəcəyindən asılı olmayaraq, satınalmalarda istifadə üçün potensial yararlı alətlər toplusunun təmin edilməsindən gedir", - deyə o son olaraq deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti