...

Makron Netanyahu ilə Qəzza zolağında girovların azad edilməsi məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 5 May 2024 22:55 (UTC +04:00)
Makron Netanyahu ilə Qəzza zolağında girovların azad edilməsi məsələsini müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

cprezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı "HƏMAS" ilə davam edən danışıqları başa çatdırmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə Yelisey Sarayından bildirilib.

Məlumata əsasən, E.Makron prioritet kimi girovların azad edilməsinin vacibliyini vurğulayıb və vasitəçilik səylərini tam dəstəklədiyini bildirib. O, həmçinin İsrailin bölgədəki əməliyyatlarını dayandırmağa çağırıb.

E.Makron B.Netanyahu ilə girovların azad edilməsinə, mülki şəxslərin müdafiəsinə və regional gərginliyin azaldılmasına zəmanət verəcək razılaşmanın əldə olunmasının zəruriliyini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti