...

Xətai rayonunun məktəbliləri arasında şahmat turniri keçirilib (FOTO)

Cəmiyyət Materials 6 May 2024 15:43 (UTC +04:00)
Xətai rayonunun məktəbliləri arasında şahmat turniri keçirilib (FOTO)

Bakı. Trend:

Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman şahmat məktəbi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə rayon məktəblərinin şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş şahmat üzrə blitz turnir keçirilib.

Yarış “Təhsil” RİM-in 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman şahmat məktəbinin şahmat zalında keçirilib. 97 nəfərin mübarizə apardığı turnirdə 3 (I,II,III) dərəcə üzrə şahmatçılar iştirak ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçirilən yarışda hər dərəcə üzrə ilk 3 yeri tutan şahmatçılar qalib olub. III dərəcə uğrunda mübarizədə 2 iştirakçı eyni xalı topladığına görə hər ikisi 3-cü yerə layiq görülüblər.

Qalibləri təqdim edirik: I dərəcə üzrə qaliblər - I YER: Murad Rzayev; II YER: Kənan İmranlı; III YER: Məhəmməd Səfərli; II dərəcə üzrə qaliblər - I YER: Tofiq Hacıseyidov; II YER: Yunis Ömər; III YER: Said Əlizadə; III dərəcə üzrə qaliblər- I YER: Fateh Mirzə; II YER: Mehman Abdulqədirli; III YER: Hüsniyyə Qayıbova və Samir Əhmədov.

Xəbər lenti

Xəbər lenti