...

Macarıstan və Ermənistan öz paytaxtlarında səfirlik açacaq

Dünya xəbərləri Materials 6 May 2024 17:26 (UTC +04:00)
Macarıstan və Ermənistan öz paytaxtlarında səfirlik açacaq
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan və Ermənistan öz paytaxtlarında səfirlik açacaq.

Trend xəbər verir ki, bu barədə Macarıstanın beynəlxalq əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç "X" platformasında məlumat paylaşıb.

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun dediyi kimi, bu, 1,5 il əvvəl diplomatik əlaqələr bərpa olunduqdan sonra münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addım idi", - deyə Kovaç qeyd edib.

Bundan başqa, Macarıstan və Ermənistan arasında iqtisadi əməkdaşlıq haqqında saziş, eləcə də, Ermənistanın Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024-2025-ci illər üzrə iqtisadi əməkdaşlıq proqramı imzalanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti