...

Türkiyədə ağır qəza - Ölənlər var

Dünya xəbərləri Materials 6 May 2024 16:40 (UTC +04:00)
Türkiyədə ağır qəza - Ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Qaziantep vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.

Trend xəbər verir ki, hadisə Qaziantepin İslahiye-Hatay magistral yolunda sement daşıyan yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində meydana gəlib.

Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb olunub.

Xəbər lenti

Xəbər lenti