Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində Fransanı ölkənin Moskvadakı səfiri Pyer Levi təmsil edəcək.
Trend xəbər verir ki, bu barədə diplomatik mənbədən "TASS" agentliyinə bildiriblər.
"Mayın 7-də Rusiya prezidentinin andiçmə mərasimində Fransanı səfiri təmsil edəcək", - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 15-17 mart tarixlərində keçirilib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, Vladimir Putin seçici səslərinin 87,28 faizini toplayıb.