...

İsrail ordusu Rəfah sakinlərinin təxliyəsinə başlayıb

Dünya xəbərləri Materials 6 May 2024 13:46 (UTC +04:00)
İsrail ordusu Rəfah sakinlərinin təxliyəsinə başlayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Rəfah sakinlərinin təxliyəsinə başlayıb.

Trend xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, Rəfah sakinləri İsrail ordusunun Qəzza zolağında irimiqyaslı hərbi əməliyyata hazırlığı fonunda təxliyə olunur.

Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsi barədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quru hücumu başladacağına dair məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrail ordusunun baş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin 29-da əməliyyat planını təsdiqləyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti