...

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərib

Dünya xəbərləri Materials 6 May 2024 00:21 (UTC +04:00)
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədən Qəzza zolağına humanitar yardım daşıyan 11-ci gəmi Mersin limanından yola salınıb.

Trend-in məlumatına görə, gəmiyə yüklənən 5 min 66 ton həcmində yardım Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən toplanıb. Təxminən 40 saat sonra Misirin Əl-Ariş limanına çatacaq yardımlar oradan Qəzzaya aparılacaq.

Qızıl Aypara Cəmiyyəti və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası ilə indiyədək Türkiyədən Qəzza zolağına 13 təyyarə və 10 gəmi ilə ümumilikdə 50 min tondan artıq humanitar yardım göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti