...

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Dünya xəbərləri Materials 6 May 2024 07:16 (UTC +04:00)
İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Bakı. Trend:

İspaniyanın yeni təyin edilmiş mədəniyyət naziri Ernest Urtasun korrida üzrə milli mükafatı ləğv edib.

Trend-in məlumatına görə, bir çox insan bu qərarı alqışlasa da, buna qarşı çıxanlar da olub. Korrida ilə aktiv məşğul olanlar 30 min avro dəyərindəki mükafatın ləğvindən narazıdır. Onlar korridanı İspaniyanın mədəni irsinin bir parçası hesab edirlər.

Yeni nazir qərarını belə əsaslandırıb ki, heyvanlara qarşı pis rəftardan narazı olan ispanların sayı ilbəil artır. 2024-cü ildə heyvanlara qarşı zorakılığa görə mükafat verilməsi mətniqsizdir.

Statistika göstərir ki, İspaniyada öküz döyüşlərinə maraq ciddi şəkildə zəifləyib. 2016-cı ildən indiyədək tamaşaların sayı 3 dəfə azalıb. 2023-cü ildə isə ispanların cəmi 2%-i toreadorların tamaşalarına gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti