...

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Cəmiyyət Materials 6 May 2024 16:57 (UTC +04:00)
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Bakı. Trend:

“Bakı KOB evi”ndə sahibkarlara dövlət qurumları ilə yanaşı, özəl qurumlar tərəfindən bank, logistika, yükdaşıma, konsaltinq, mobil operator, hüquqi məsləhət kimi xidmətlər göstərilir.

Cari ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə göstərilmiş 80349 xidmətin 7812-si (9,72%) özəl qurumlar (“B2B”) tərəfindən təqdim edilib.

Bu dövrdə “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox “Kapital Bank” ASC-nin – 5086 (6,33%), “Bank Respublika” ASC-nin – 1025 (1,28%), “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin – 1022 (1,27%), “Dynamic Express” MMC-nin – 223 (0,28%), “Ase Express”in – 148 (0,8%) xidmətləri üçün müraciət ediblər.

Müvafiq özəl qurumlar tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan müxtəlif bank, logistika və yükdaşıma xidmətləri göstərilib.

Xəbər lenti

Xəbər lenti