...

“Telegram”da fişinq mənbələrinin sayı artıb

Gündəm Materials 6 May 2024 12:38 (UTC +04:00)
“Telegram”da fişinq mənbələrinin sayı artıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin birinci rübündə “Telegram” messencerində fişinq mənbələrinin sayı 1,5 dəfə artıb.

Trend xəbər verir ki, bunu Kasperski laboratoriyasının mütəxəssisləri bildirib.

Qeyd edilib ki, bu günlərdə “Telegram” hesablarının ələ keçirilməsi məqsədi daşıyan çox sayda yeni sayt müəyyən edilib. İstifadəçi bu linkə daxil olduqda onun bütün yazışmaları ələ keçir. Bəzən də istifadəçi öz hesabına daxil ola bilmir.

Kasperski laboratoriyası belə hücumlardan qorunmaq üçün şübhəli linklərə daxil olmamağı tövsiyə edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti