Bakı. Trend:
İsrail Qəzza zolağında saxlanılan girovların qaytarılması üçün danışıqların istənilən variantını diqqətlə nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib.
"Biz hər cavabı və hər reaksiyanı diqqətlə təhlil edirik, həmçinin girovların qaytarılması missiyasının bir hissəsi olaraq danışıqlar ilə bağlı bütün mümkün variantları nəzərdən keçiririk", - deyə Haqari bildirib.
Qeyd edək ki, bu gün HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə Qəzza zolağında təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqlədiyi barədə məlumat verib.