...

Ermənistan MN aksiyada iştirak etdiyi iddia olunan hərbi formalı şəxslərin kimliyini araşdırır

Gündəm Materials 27 Aprel 2024 12:12 (UTC +04:00)
Ermənistan MN aksiyada iştirak etdiyi iddia olunan hərbi formalı şəxslərin kimliyini araşdırır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Müdafiə Nazirliyinin hərbi polisi Tavuş vilayətinin Kirants kəndində keçirilən aksiyadakı hərbi formalı şəxslərin kimliyini müəyyən etmək və yayılan məlumatı qiymətləndirmək üçün tədbirlər görür.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Tavuş vilayətinin Kirants kəndində keçirilən aksiyaya hərbi formalı şəxslərin qoşulduğunu əks etdirən videogörüntülər yayılıb.

"Ermənistanın Silahlı Qüvvələrini siyasi proseslərə cəlb etmək cəhdlərinə adekvat hüquqi qiymət veriləcək", - Ermənistan MN-dən bildiriblər.

Xatırladaq ki, bir qədər əvvəl aksiyaya qoşulduqları iddia olunan hərbçilər özləri bu məlumatı təkzib ediblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti