...

Mərakeş Kralı COP29-a dəvət olunub

Siyasət Materials 27 Aprel 2024 01:53 (UTC +04:00)
Mərakeş Kralı COP29-a dəvət olunub

Bakı. Trend:

Aprelin 26-da Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita ilə görüşüb.

Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyindən Trend-ə bildirilib ki, görüş zamanı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı dəvət məktubu N.Buritaya təqdim olunub.

Xəbər lenti

Xəbər lenti