Bakı. Trend:
Hidayət Heydərov (73 kq) Azərbaycan cüdosunda yeni rekorda imza atıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, 4-cü dəfə Avropa çempionu tiltuluna yiyələnib.
Hidayət Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən növbəti Avropa çempionatında bütün rəqiblərindən güclü olub. İlk dəfə 2017-ci ildə Varşavada qitə çempionu olan Heydərov son 3 turnirdə də fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Zaqrebdən əvvəl o, Sofiya (2022) və Monpelye (2023) yarışlarında 1-ci yeri tutub.
Qeyd edək ki, Elçin İsmayılovin hesabında 3 dəfə qitə çempionu titulu var.