...

İranın Əfqanıstanla bir sərhədi bağlanıb

Dünya xəbərləri Materials 27 Aprel 2024 12:21 (UTC +04:00)
İranın Əfqanıstanla bir sərhədi bağlanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Mahirud sərhəd gömrüyü bağlanıb.

Trend-in məlumatına görə, bununla əlaqədar İranın Gömrük Administrasiyası məlumat yayıb.

Məlumata görə, Mahirud sərhəd xidmətinin elan etməsi ilə Mahirud sərhəd gömrüyündən yük maşınların keçidi dayandırılıb.

İran Gömrüyündən qeyd edilib ki, Mahirud sərhəd-gömrüyünün tranzit yük maşınlarının keçidində böyük əhəmiyyət kəsb etdiyinə görə, İran Xarici İşlər Nazirliyi və Cənubi Xorasan valiliyi sərhədin yenidən fəaliyyətə başlamasına çalışırlar.

Qeyd edək ki, Əfqanıstan 25 apreldə 6 iranlı sərhədçinin qanunsuz olaraq ölkəsinin ərazisinə keçməsini əsas gətirərək, sərhədçiləri həbs edib. Həmin gün bir neçə saatdan sonra iki tərəf arasında razılaşma əsasında iranlı sərhədçilər azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti