...

Səbaildə qızıl mağazasından oğurluq olunub

Cəmiyyət Materials 27 Aprel 2024 14:14 (UTC +04:00)
Səbaildə qızıl mağazasından oğurluq olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.

Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti