...

“Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2024 20:27 (UTC +04:00)
“Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

"Networking Azerbaijan" Biznes Klubunun növbəti tədbiri keçirilib.

Dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub.

Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin idarə heyyətinin sədri Mustafa Abbasbəyli sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, agentliyin bu sahədə dəstəyi barədə məlumat verib.

Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir. Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar.

Millət vəkilləri və səfirlərin iştirakı ilə keçirilən tədbir zamanı sahibkarlar və digər maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin edilib.

Web: www.networking.az

Instagram: Networking.Azerbaijan

Facebook: Networking Azerbaijan

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti