Bakı. Trend:
Xəbər verdiyimiz kimi, görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.
Trend xəbər verir ki, onun nəşi II Fəxri xiyabanda dəfn edilib.
Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib. "İstiqlal" ordenli F.Səttarova həm də Prezident təqaüdçüsü idi. O, bir neçə gün əvvəl keçirilən növbədənkənar parlament seçkisində seçki məntəqəsinə gedərək səs vermişdi.