Bakı. Trend:
Dekabrın 5-də Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət 76 millimetr və 89 millimetr borular korroziyaya uğradığı üçün görülən təmir işləri ilə əlaqədardır.
Belə ki, rayonun Ərəzin, Camaldın, Qızılca, Əbrəqunus, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xanəgah, Əlincə, Xoşkeşin, Milax, Ərəfsə, Ləkətağ, Teyvaz, Qazançı, Boyəhməd kəndlərində qaz təchizatında saat 09:30-dan saat 13:00-dək müvəqqəti fasilə yaranacaq.