...

Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb

Cəmiyyət Materials 18 Yanvar 2025 10:55 (UTC +04:00)
Hökumə Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məluymat yayıb.

Bildirilib ki, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Atası Cəlil Əliyevin kart hesabından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Xəbər lenti

Xəbər lenti