...

Son vaxtlar təhsil və ailə arasına uçurum salanlar var - Deputat

Cəmiyyət Materials 15 May 2025 16:10 (UTC +04:00)
Son vaxtlar təhsil və ailə arasına uçurum salanlar var - Deputat
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend

Son vaxtlar təhsil və ailə arasına uçurum salanlar var.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Milli Məclisin deputatı Mehriban Vəliyeva Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hər bir xalqın dəyərləri arxasında ailə durur.

"Bu baxımdan biz şanslı xalqıq ki, Azərbaycan ailələri çox uzunömürlü olurlar. Bu gün bizim qalib Azərbaycan ailəsi ifadəsi ailə insitutu sahəsində yeni bir termindir",- deyə o qeyd edib.

Deputatın sözlərinə görə, qanunvericilikdə ailə ilə bağlı olan hissələr göstərir ki, dövlətimiz ailə məsələlərini diqqət mərkəzində saxlayır.

"Ailə insan həyatının ilk təməlidir. Burada aşınma başlayarsa, bu bütün cəmiyyətdə özünü göstərir. Burada baş verən bütün məsələlər artıq məktəbdə özünü göstərir. Ailə təhsilə, təhsil ailəyə birbaşa təsir edən məsələlərdir. Son vaxtlar bunların arasına uçurum salanlar var. Amma biz çalışacağıq ki, ailə və təhsil hər zaman bir-birinə bağlı olsun. Ailə-məktəb əməkdaşlığı yalnız texniki məsələlərdə deyil, dəyərlərin təbliğində, bir-birinə ötürülməsində də ciddi rol oynamalıdır", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti