Bakı. Trend:
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və
səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış
yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa
enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda
gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı
ehtimalı var.
