Bakı. Trend:
Fevralın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb
küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa
enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18°
isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı
ehtimalı var.
