Bakı. Trend:
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-19° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunudan 753 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman. Qərb küləyi
bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-23° isti, dağlarda
gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
