...

Azərbaycan Milli Elmlər Akademiyasına prezident seçkilərinin vaxtı müəyyənləşib

Cəmiyyət Materials 20 Aprel 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçkiləri aprelin 26-da keçiriləcək. Bu barədə cümə günü Trend ə AMEA-nın akademik-katibi Toğrul Şaxtaxtinski məlumat verib. Onun sözlərinə görə, bundan öncə aprelin 24-də AMEA-nın hesabat yığıncağı keçiriləcək və akademiyanın prezidenti Mahmud Kərimovun hesabatı dinləniləcək.

Şaxtaxtinski bildirib ki, aprelin 26-da keçiriləcək seçkilərdə AMEA-nın prezidentliyə namizədləri də müəyyənləşəcək və səsvermə yolu ilə yeni prezident seçiləcək.

Prezident seçkilərindən sonra AMEA-nın həqiqi və müxbir üzvlərinin seçilməsi üçün də seçkilər keçiriləcək. İnstitutun həqiqi üzvlərinə seçkilərdə 13 yer uğrunda 45 namizəd, müxbir üzvlərinə seçkilərdə isə 29 yer uğrunda 207 namizəd mübarizə aparacaq.

AMEA-da son prezident seçkiləri 2001-ci ildə keçirilib və daha çox səs çoxluğu qazanan Mahmud Kərimov 2002-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə bu posta təyin olunub. İnstitutun Nizamnaməsinə əsasən Kərimov ikinci dəfə də seçkilərdə iştirak edə bilər.

AMEA 1945-ci ildə yaranıb və 30-dan artıq elmi-tədqiqat institutları, 1Naxçıvan Muxtar Respublikası şöbəsi, 3 (Gəncə, Lənkəran, Şəki) Regional Mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti