...

Azərbaycana problem yaşatmağın yolunu tapdıq - Ukraynanın baş məşqçisi

İdman Materials 19 Mart 2024 14:17 (UTC +04:00)
Azərbaycana problem yaşatmağın yolunu tapdıq - Ukraynanın baş məşqçisi

Bakı. Trend:

Azərbaycanla ötənilki oyunumuz çətin alınmışdı.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Ukraynanın U-21 millisinin baş məşqçisi Unai Melqosa deyib.

Mütəxəssis AVRO-2025-in seçmə mərhələsinin Azərbaycanla oyunu və matça hazırlıq barədə danışıb:

“Biz çətinliklə də olsa, Azərbaycan yığmasına daha çox problem yaşatmağın yolunu tapdıq. Bilirdik ki, onlar müdafiəyə çəkiləcək və rəqibin əks-hücumlarına hazır olmalıyıq. Öz oyunumuzu yaxşılaşdırmalıyıq ki, Azərbaycana qarşı keyfiyyətli matç keçirək.

Müsbət seriyamızı davam etdirmək istəyirik. Bütün həftəni Antalyada birlikdə çalışacaq, yoxlama oyununa Mərakeşin U-23 yığması ilə qarşılaşacağıq. Əlbəttə, Azərbaycanın İngiltərə ilə matçını da izləyəcəyik. Amma canlı deyil, videoyazı şəklində baxacağıq”.

Qeyd edək ki, Azərbaycan – Ukrayna matçı martın 26-da “Azərsun Arena”da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti