...

COP29-da Bakıda bir sıra mühüm məsələlər müzakirə olunacaq - Almaniya kansleri

Siyasət Materials 26 Aprel 2024 15:09 (UTC +04:00)
COP29-da Bakıda bir sıra mühüm məsələlər müzakirə olunacaq - Almaniya kansleri
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Berlin. Trend:

COP29-da Bakıda bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Trend xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Düşünürəm ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar, əsasən də, qeyd etdiyim kimi, hidrogen və bərpaolunan enerji sahələrində. Təbii ki, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmalıdır.

Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək. Biz iqlim siyasətinə aid sualları və Dubayda qəbul olunan qərarları birgə müzakirə edib yenidən qiymətləndirərək 2035-ci ilə qədər yeni iqlim məqsədləri, hədəfləri formalaşdıra və təbii ki, eyni zamanda, iqlim maliyyələşdirmə məsələsini də irəliyə apara bilərik", - deyə O.Şolts əlavə edib.

Xəbər lenti

Xəbər lenti