...

Yunanıstan Ukraynaya hava hücumundan müdafiə sistemlərini verməkdən imtina edib

Dünya xəbərləri Materials 26 Aprel 2024 14:30 (UTC +04:00)
Yunanıstan Ukraynaya hava hücumundan müdafiə sistemlərini verməkdən imtina edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan Ukraynaya "С-300" və ya "Patriot" hava hücumundan müdafiə sistemlərini verməkdən imtina edib.

Trend xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis "Skai" telekanalına müsahibəsində deyib.

"Yunanıstan Ukraynaya nə "С-300", nə də "Patriot" göndərməyəcək", - o deyib.

Baş nazir Afinanın Kiyevi müxtəlif üsullarla, o cümlədən müdafiə materialları ilə təmin etdiyini deyib.

"Lakin hava hücumundan müdafiə sistemləri Yunanıstanın hava məkanının müdafiəsi üçün kritik əhəmiyyət kəsb edir və onları Ukraynaya verməyəcək", - deyə Mitsotakis əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ранее глава европейской дипломатии Жозеп Боррель сообщил, что Евросоюз намерен поставить Украине больше систем ПВО и 155-мм снарядов. По его словам, многие страны-члены ЕС присоединяются к инициативе Чехии по поиску боеприпасов, причем первые поставки прибудут на Украину в конце мая или начале июня. Другая группа государств присоединилась к Германии для координации поставок систем ПВО.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti