...

Prezident İlham Əliyev: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

Siyasət Materials 26 Aprel 2024 14:52 (UTC +04:00)
Prezident İlham Əliyev: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

Berlin. Trend:

Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün səhər “Petersberq İqlim Dialoqu” forumunun işində iştirak edərkən bir daha öz niyyətimizi ifadə etdik. Sizə COP29-la bağlı Azərbaycana göstərdiyiniz dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir.

Bu gün səhər çıxış edərkən bildirdim ki, 2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti