...

Prezident İlham Əliyev: Azərbaycanın əksər Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir

Siyasət Materials 26 Aprel 2024 12:02 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanın əksər Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Berlin. Trend:

Azərbaycanın əksər Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Mən 120 ölkəni birləşdirən hərəkatda, yəni Qoşulmama Hərəkatında bir neçə il – dörd il ərzində sədrliyimizi nəzərdə tuturam. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz COVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıq və 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdik. Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platforma bizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələr bizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti