...

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda sülhün bərqərar olmasına töhfələr verdi - Anar Eyvazov

Siyasət Materials 26 Aprel 2024 12:38 (UTC +04:00)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda sülhün bərqərar olmasına töhfələr verdi - Anar Eyvazov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddət ərzində regionda sülhün və əminamanlığın bərqərar olmasına sabitliyin təmin edilməsinə böyük töhfələr verdi.

Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

O qeyd edib ki, Mərkəzdə fəaliyyət göstərən Türkiyə və Rusiya hərbi qulluqçularının Azərbaycan hərbi qulluqçuları ilə birgə fəaliyyəti nəticəsində monitorinq öz töhfəsini verdi.

“Bildiyiniz kimi, 2023-cü ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələri tərəfindən uğurla aparılan antiterror tədbirlərindən sonra Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri ölkəmizin ərazisindən çıxarıldı və Azərbaycan Qarabağ iqtisadi rayonunda bütün nəzarəti bərqərar etdi. Bununla da Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti bitmiş oldu”, - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.

Xəbər lenti

Xəbər lenti