...

Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır - Olaf Şolts

Siyasət Materials 26 Aprel 2024 14:49 (UTC +04:00)
Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır - Olaf Şolts
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Berlin. Trend:

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.

Trend xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Almaniya hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləməyə hazırdır. Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addımı təşviq edirəm", - o qeyd edib.

Kansler bəyan edib ki, Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti