...

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi

Cəmiyyət Materials 26 Aprel 2024 13:13 (UTC +04:00)
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib.

Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun müvafiq Sərəncamına əsasən, Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatnın rəhbəri vəzifəsinə təyin edilib.

Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Naxçıvan Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov dünən vəzifəsindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti