...

Prezident İlham Əliyev: Bu gün torpaqların bərpa edilməsi də ümumxalq məsələsidir

Siyasət Materials 26 Aprel 2024 15:19 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu gün torpaqların bərpa edilməsi də ümumxalq məsələsidir
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Berlin. Trend:

Doğma vətənə qayıdan hər bir kəs əsgərlərimizə, ordumuza minnətdardır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib:

"Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır. Bu, ümumxalq məsələsidir. Necə ki, torpaqlarımızın azad edilməsi ümumxalq məsələsi idisə, bu gün torpaqların bərpa edilməsi də ümumxalq məsələsidir. Mən bilirəm ki, Azərbaycan mediasının mütləq əksəriyyəti bizim fəaliyyətimizi bəyənir, dəstəkləyir və görülən işləri də təqdir edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti