...

“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı qərar verilib

İdman Materials 26 Aprel 2024 14:07 (UTC +04:00)
“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı qərar verilib

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsi Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını müzakirə edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, qurum “Qarabağ” – “Neftçi” matçından sonra yaşananlara da hüququ qiymət verib.

Həmin görüşdən sonra meydançaya kənar şəxslər daxil olub. Bu üzdən “Qarabağ” 800 manat cərimə edilib.

Qeyd edək ki, Ağdam klubu ev matçında 4:1 hesablı qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti