Bakı. Trend:
ABŞ Dövlət Departamentinin ərəb dili üzrə mətbuat katibi Hala Rharrit ölkəsinin Qəzza zolağı ilə bağlı siyasətinə etiraz olaraq istefa verib.
Trend xəbər verir ki, Rharrit bu barədə özünün "Linkedin" hesabında məlumat paylaşıb.
"2024-cü ilin aprel ayında 18 illik təcrübəmdən sonra ABŞ-nin Qəzza zolağındakı siyasətinə etiraz olaraq istefa verdim", - o deyib.
Rharrit məsələlərin silah gücü ilə deyil, diplomatiya yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.
"Sülh və birlik üçün güc olun", - deyə keçmiş diplomat sonda əlavə edib.