...

Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edildi

Cəmiyyət Materials 26 Aprel 2024 13:58 (UTC +04:00)
Laçın və Zabux sakinlərinə məşğul ola biləcəkləri 40-dan çox peşə təqdim edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azad olunmuş ərazilərdə ilk dəfə olmaqla Laçında “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Peşə yarmarkasında Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub, master-klaslar keçirilib.

Yarmarkaya qatılan şəxslərə peşələr barədə və həmin istiqamətlər üzrə tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumat verilib.

Bildirilib ki, Agentlik işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir. Kurslara cəlb edilən şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Kursları bitirənlərin işlə təminatına da dəstək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti