...

Ənənəvi yanacaq ixrac edən ölkələrin iqlim dəyişikliyi üzrə tədbirlər keçirməsi yaxşıdır - Olaf Şolts

Siyasət Materials 26 Aprel 2024 15:13 (UTC +04:00)
Ənənəvi yanacaq ixrac edən ölkələrin iqlim dəyişikliyi üzrə tədbirlər keçirməsi yaxşıdır - Olaf Şolts
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Berlin. Trend:

Ənənəvi yanacaq ixrac edən ölkələrin iqlim dəyişikliyi üzrə tədbirlər keçirməsi yaxşıdır.

Trend xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək. Biz iqlim siyasətinə aid sualları və Dubayda qəbul olunan qərarları birgə müzakirə edib yenidən qiymətləndirərək 2035-ci ilə qədər yeni iqlim məqsədləri, hədəfləri formalaşdıra və təbii ki, eyni zamanda, iqlim maliyyələşdirmə məsələsini də irəliyə apara bilərik.

Bildiyiniz kimi, Almaniya bu məsələdə özünün böyük töhfəsini göstərir. İqlim maliyyələşdirilməsi məsələsində biz büdcəmizdən 6 milyard avro ayırmışıq və ümumilikdə 10 milyard avro səfərbər etmişik. Almaniya bununla etibarlı maliyyəçi olaraq qalır və özünün ədalətli töhfəsini göstərir.

İndi isə biz təbii ki, investisiya tələbatı məsələsini diqqət mərkəzinə gətirməliyik, özəl sektora iqlim mühafizəsinə sərmayə ayırmağa imkan yaratmalıyıq. Eyni zamanda, bu günədək töhfə verən tərəflər daha çox töhfə verməlidir. Amma bununla yanaşı, digər ölkələr də iqlimin maliyyələşdirilməsi məsələsinə daha fəal töhfə verməlidirlər. Mən əmin olmaq istərdim ki, biz COP29 tədbiri çərçivəsində bununla əlaqədar müəyyən razılıqlar əldə edə biləcəyik"- deyə O.Şolts əlavə edib.

Xəbər lenti

Xəbər lenti