...

Arda Gülər Ronaldonu qabaqlayıb

İdman Materials 29 İyun 2024 11:50 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər AVRO-2024 başladıqdan sonra sosial mediada ən çox izləyici qazanan futbolçu adına yiyələnib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bununla bağlı İspaniya mətbuatı məlumat yayıb.

Araşdırmaya əsasən, Avropa çempionatının startından qrup mərhələsinin son oyunlarına qədər 19 yaşlı futbolçu 1 milyon 93 min 669 yeni izləyici qazanıb. Kriştiano Ronaldoda isə bu göstərici 996 min 661 nəfərdir.

Qeyd edək ki, Türkiyə millisi 1/8 finalda Avstrya ilə, Portuqaliya isə Sloveniya ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti