Bakı. Trend:
Libertadores kubokunun oyunu zamanı huşunu itirən futbolçu vəfat edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Uruqvayın “Nasyonal” klubunun yarımmüdafiəçisi Xuan İskyerdo 27 yaşında ölüb.
O, Libertadores kubokunun 1/8 final mərhələsinin "San Paulo" – "Nasyonal" matçında huşunu itirərək yerə yıxılmışdı. Xəstəxanaya çatdırılan futbolçuda ürək ritminin pozuntusu aşkarlanmışdı. Bir neçə gün həkim nəzarətində qalan Xuanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, onun huşunu itirməsinə görə Uruqvay çempionatının ötən həftə keçirllməli olan bütün matçları təxirə salınıb.