...

Kapital Bank Gəncə filialı nəzdində depozit seyflərini istifadəyə verdi

İqtisadiyyat Materials 8 Avqust 2017 10:55 (UTC +04:00)
Kapital Bank filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küç., 24 ünvanında yerləşən Gəncə filialı nəzdində depozit seyflərini müştərilərə təqdim edir.
Kapital Bank Gəncə filialı nəzdində depozit seyflərini istifadəyə verdi

Bakı. Trend:

Kapital Bank filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küç., 24 ünvanında yerləşən Gəncə filialı nəzdində depozit seyflərini müştərilərə təqdim edir. Seyf otağında bütün zəruri təhlükəsizlik standartlarına cavab verir, həftənin 7 günü, günün 24 saatı ərzində mühafizə olunur və kompleks video nəzarət sisteminə malikdir. .

Yeni depozit seyflərində müştərilər, qiymətli kağızları, zinət əşyalarını, sənədləri, pulları və digər dəyərli əşyalarını saxlaya bilərlər. Seyfləri 30 AZN-dən başlayan qiymətlərlə, minimum 1 ay müddətə icarəyə götürmək olar. Xidmət tarifləri barədə ətraflı məlumat üçün – www.kapitalbank.az/tariffs.

Qeyd edək ki, Kapital Bank paytaxt ilə paralel region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Gəncə filialından əvvəl Səbail, Mərkəz və Gənclik filiallarında da depozit seyflər istifadə verilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti