...

Azərbaycan və Bolqarıstan arasında üç hökumətlərarası sənəd imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2007 14:34 (UTC +04:00)
Azərbaycan və Bolqarıstan arasında üç hökumətlərarası sənəd imzalanıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Bu gün Bakıda Azərbaycan və Bolqarıstan hökumətləri arasında üç hökumətlərarası sənədin - iqtisadi əməkdaşlığa dair müqavilənin, antiinhisar siyasət və rəqabət sahəsində əməkdaşlıq, ikiqat vergi qoymadan yayınmaya dair Konvensiyanın imzalanma mərasimi baş tutub. Bu sənədlərin imzalanması Bolqarıstanın baş naziri Serqey Stanişevin rəsmi səfəri çərçivəsində nəzərdə tutulmuşdu.

Azərbaycanın hökumət başçısı Artur Rəsizadə ilə görüş zamanı o bildirib ki, imzalanan sənədlər ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafında əsas olacaq.

"Azərbaycan və Bolqarıstan arasında yaxşı siyasi əməkdaşlıq və dialoq yaranıb, iqtisadi münasibətlər isə aşağı səviyyədədir və mövcud potensialı əks etdirmir" - deyə Stanişev bildirib.

Bolqarıstan baş nazirinin sözlərinə görə, onun Azərbaycana birinci səfəri işgüzar münsibətləri eyniləşdirəcək və iqtisadi əməkdaşlığın inkişafana yeni təkan verəcək.

Bolqarıstan tərəfinin verdiyi məlumata görə, Azərbaycanla ticarət dövriyyəsi 8-10 mln. dollar təşkil edib, halbuki, Türkiyə ilə 3 mlrd. dollar, Almaniya ilə isə 4 mlrd. dollar təşkil edib.

Azərbaycanın baş naziri Rəsizadənin sözlərinə görə, Azərbaycan hökuməti iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir. "Bu gün imzalanacaq sənədlər münasibətlərin hərtərəfli inkişafı üçün yeni təkan olacaq. Bu gün layihələrin həyata keçirilməsi üçün ən uyğun zamandır. Çünki hər iki ölkə yüksək sürətli iqtisadi inkişaf nümayiş etdirir. Digər tərəfdən, Bolqarıstanın Avropa İttifaqına daxil olması bunun üçün əsas verir" - deyə Rəsizadə bildirib.

Xəbər lenti

Xəbər lenti