...

Azərbaycan və Rumıniya əməkdaşlığın strateji aspektlərini nəzərdən keçirmək niyyətindədirlər - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2008 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir İ. Əlizadə/ Azərbaycan və Rumıniya əməkdaşlığın strateji aspektlərini nəzərdən keçirmək niyyətindədirlər.Rumıniyanın Baş naziri Kelin Popesku-Teriçanu Azərbaycan hökuməti ilə iki ölkə əməkdaşlığının inkişafı üzrə mühüm istiqamətləri müzakirə etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov bildirib.

Səfər yaxın vaxtlarda reallaşdırılacaq. Səfir bildirib ki, Rumıniyanın hökumət başçısı Bakıda energetika, ticari-iqtisadi sahələrdə iki ölkə əməkdaşlığını müzakirə etmək niyyətindədir.

Səfərin yekunu üzrə hazırda razılaşdırma mərhələsində olan bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti