...

"Unibank" filialları şənbə günləri də tam iş qrafiki ilə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2012 16:52 (UTC +04:00)
Unibank-ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyəcək. Məqsəd müştəriləri bütün həftə ərzində keyfiyyətli bank xidməti ilə təmin etməkdir.
"Unibank" filialları şənbə günləri də tam iş qrafiki ilə işləyəcək

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Unibank-ın filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyəcək. Məqsəd müştəriləri bütün həftə ərzində keyfiyyətli bank xidməti ilə təmin etməkdir.

Bankdan Trend-ə verilən məlumata görə, Bakıda yerləşən 11 (Dərnəgül) və 16 saylı (İçərişəhər) filiallar istisna olmaqla, baş ofisin müştərilərə xidmət bölməsi daxil, paytaxt və bölgələrdəki 24 filial şənbə günləri səhər saat 09:00-dan axşam 18:00-dək fasiləsiz işləyəcək. Əməliyyatlar saat 17:00-dək aparılacaq. "Unibank filiallarının" şənbə günləri tam iş qrafikində xidmət göstərməsi müştərilərə istirahət günü də bankın xidmətlərindən maksimum faydalanmaq imkanı verəcək.

20 ildir ki müştərilərin xidmətində dayanan "Unibank" 100-ə yaxın xidmət məntəqəsi vasitəsilə xidmət edir. Bu gün bankın Bakı və Abşeronun əksər ərazilərini əhatə edən və bir sıra bölgələrdə mövcud olan 26 filialı ölkə vətəndaşlarına müxtəlif bank xidmətlərini göstərir. Bankın filiallarından kənar xidmət məntəqələri isə məişət və kompüter texnikası, mobil telefon, mebel və digər məhsulların kreditləşdirilməsini həyata keçirir. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. "Unidirect" xidmətinin məqsədi müştərilərə banka gəlmədən xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək, krediti öz ünvanında əldə edir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Son texnoloji yenilikləri tətbiq etməklə müştərilərinə göstərdiyi xidməti gündən-günə yaxşılaşdıran "Unibank" 60-dan çox ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir.

Qeyd edək ki, "Unibank" istehlakçılar üçün 3000 AZN-dək krediti girovsuz və zaminsiz verir. Bu kreditlər 30 aylıq müddətədəkdir. Məbləğ borcalanın gəlirlərindən asılı olaraq 300 AZN-dən 7000 AZN-dək dəyişir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti