...

"Azərboru"nun idarəsi üzrə Targol Investment ilə müqavilə pozulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 15:44 (UTC +04:00)

Azərbaycan hökuməti "Azərboru" SC-nin idarəsi üzrə Britaniyanın Targol Investment şirkəti ilə müqaviləni pozub. Azərbaycanın Dövlət əmlakının idarə olunması üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənovun Trend ə verdiyi xəbərə görə, qərar 2006-cı ildə investorun investisiya proqramı üzrə öhdəliklərinin icrası üzrə keçirilmiş monitorinqin nəticələrinə görə qəbul olunub. Monitorinq üçün müstəqil auditorlar dəvət olunub və onlar investorun investisiya öhdəliklərini pozduğunu aşkar ediblər.

İnvestisiya proqramının şərtlərinə əsasən, üç il ərzində Targol Sumqayıt boru prokat zavoduna 50 mln. ABŞ dolları həcmində vəsait qoymağı öhdəsinə götürüb. Lakin investor birbaşa 5 il ərzində cəmi 4,7 mln. ABŞ dolları vəsait qoyub.

K.Həsənov qeyd edib ki, bundan başqa, Targol 6,9 mln. ABŞ dolları məbləğində kreditin alınması üçün müəssisədən girov qismində istifadə edib, bu isə "Azərboru"ya qoyulan investisiyaları ötür.

Müqavilənin pozulması nəticəsində müəssisə dövlətin idarəsinə qaytarılıb.

Bu dövr ərzində müəssisədə boru istehsalını bərpa etmək üçün tədbirlər görülüb, məhz bir boru prokat xətti istismara verilib. Həmçinin 5 kompressor istifadəyə verilib.

Ötən il ərzində boru istehsalının ümumi həcmi 15 min ton təşkil edib və bu həcm Rusiyaya ixrac olunub. "Azərboru"da ISO-9001 standartları tətbiq edilib.

Dövlət komitəsinin başçısı gələcəkdə boru prokat zavodunun özəlləşdirilməsi ehtimalını da istisna etməyib.

Xəbər lenti

Xəbər lenti