...

Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artıb

Energetika Materials 13 Fevral 2026 19:13 (UTC +04:00)
Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Bolqarıstana bitumlu süxurlardan əldə edilmiş 92,3 milyon ABŞ dolları dəyərində 169,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu 46,3 milyon dollar və ya 2 dəfə, həcm baxımından isə 88,6 min ton və ya 2,1 dəfə artım deməkdir.

2024-cü ildə Azərbaycandan Bolqarıstana 46 milyon ABŞ dolları dəyərində 80,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti