...

Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət büdcəsi xərclərinin parametrlərini yeniləyib

Maliyyə Materials 5 Avqust 2023 15:15 (UTC +04:00)
Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət büdcəsi xərclərinin parametrlərini yeniləyib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dövlət büdcəsinin xərclərinin yenilənmiş əsas parametrləri açıqlanıb.

Trend-in Malyyə Nazirliyinə istinadən məlumatına görə, Azərbaycan Respublikasının 2023-cü il üzrə yenidən nəzərdən keçirilmiş dövlət büdcəsinin xərclərinin 36,624 milyard manatdan çox olacağı proqnozlaşdırılır ki, bu da daha əvvəl təsdiqlənmiş göstəricidən 9,8 faiz çoxdur.

Xərclərin maliyyə təminatı qismində 2023-cü il üzrə dövlət büdcəsinin gəlirləri 3,116 milyard manat, defisit isə 155 milyon manat artıb. Bundan başqa, büdcə xərclərinin tərkibində təqribən 1,123 milyard manat dəyərində əlavə maliyyə ehtiyatı yaradılıb.

2023-cü il üzrə dövlət büdcəsinin maliyyə vəsaitlərindən 4,4 milyard manat Qarabağ İqtisadi Zonasında və Şərqi Zəngəzurda bərpa işlərinə 2,26 milyard manat yönəldilib. Həmçinin bu il "Böyük Qayıdış" Proqramının büdcəsini 5,26 milyard manatadək artırmaq planlaşdırılır.

Azərbaycanın müdafiə qabiliyyətini artırmaq məqsədilə müdafiə üzrə xüsusi xərclər də 2,07 milyard manatdan 3,07 milyard manatadək artırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il üzrə yenidən nəzərdən keçirilmiş dövlət büdcəsinin gəlirləri 33,89 milyard manatdan çoxdur ki, bu da daha əvvəl təsdiqlənmiş göstəricidən 10,1 faiz artıqdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti