...

HP, Intel və Oracle Bakıda seminar keçirəcək

Telekommunikasiya Materials 4 Aprel 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend S.Babayeva/ Dünyanın IT şirkətləri olan Hewlett Packard (HP), Intel və Oracle Bakıda seminar keçirəcək. Bu barədəHP-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər. "Intel Itanium platformalı HP serverləri"nə həsr olunmuş seminar aprelin 5-də keçiriləcək. Seminarda hər üç şirkətin təqdimatları dinləniləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə dövlət və özəl sektorların nümayəndələri iştirak edəcək. Intel şirkətindən korporativ layihələrin inkişafı üzrə direktor İqor Sısoyev Intel Xeon və Intel Itanium prosessorlarının xüsusiyyətləri haqqında seminar iştirakçılarına məlumat verəcək. HP şirkətinin MDB ölkələrində satış üzrə menecer Artur Qioyev və texniki məsləhətçi Aleksandr Qolovçenko isə HP BladeSystems c-Class serverləri barədə danışacaqlar. Oracle şirkətinin texniki məsləhətçisi Fərid Qurbanov isə Oracle həllərinin Intel Itanium platformasında lisenziyalaşdırılmasının əsas aspektləri mövzusunda seminar iştirakçılarını məlumatlandıracaq.

Nümayəndəlikdən bildiriblər ki, Intel Itanium platformalı HP serverləri Azərbaycanın telekommunikasiya və maliyyə sektorlarında müvəffəqiyyətlə istifadə olunur.

Xəbər lenti

Xəbər lenti